Qəbiristanlıqların idarə olunması bələdiyyələrə verilir

29 Dekabr 2017 21:00 (UTC+04:00)

Azərbaycanda qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Movqe.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) maddəsinin 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

 

Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

Qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.