Paytaxtımızda Yaşıl buludlar

27 Aprel 2012 12:40 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada günorta meyda gələn yaşıl rəngli buludlar Moskva əhalisini qorxudub. Bəziləri bu vəziyyəti Çernobil faciəsinin il dönümü ilə əlaqələndirib, bəziləri isə qiyamət gününün çatdığını düşünüb. Söz-söhbətlərin getdikcə artdığını görən Rusiya Fövqəladə Hallar Nazirliyi əhalini sakitləşməyə səsləyib və buludların yaşıl rəng olmasını küləyin ağaclardakı tozcuqları daşımasından qaynaqlandığını deyib. Buna baxmayaraq bəzi vətəndaşlar rəsmi şərhlərlə razılaşmayıb.Bəzi vətəndaşlar "Twitter" a yazaraq, Moskvadakı məktəblərin partlayış səbəbi ilə bağlandığını, şagirdlərin isə evlərinə göndərildiklərini deyib.

Güclü külək ictimai və mülki obyektlərinə ziyan verib, reklam bannerlərini aşırıb. Bioloq Vladimir Muraşov tozcuqların hələ 4 həftə səmada qalacığını deyib. "Moskvada havaların birdən-birə isinməsi də anormal buludların yaranmasına səbəb olub.Astma və allergiyası olan insanlardan başqa tozcuqların elə bir ziyanı yoxdur."


Əfqanə Məzahirqızı