Misirdə terror aktının qarşısı alındı: 2 polis öldü

29 Dekabr 2017 16:49 (UTC+04:00)

Misirin paytaxtı Qahirədə terror aktının qarşısını almağa çalışarkən iki polis əməkdaşı həlak olub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, silahlı şəxslər kilsəyə hücum etməyə cəhd göstərib.

Hücum edənlərdən biri zərərsizləşdirilib. Hazırda ikinci silahlının axtarışları aparılır.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.