Gəncə sakini öldürüldü: maşını yandırıldı

29 Dekabr 2017 15:18 (UTC+04:00)

Ağstafada dəhşətli qətl törədilib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus "VAZ-2104" markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S. Əliyevin qətlə yetirildiyi məlum olub. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.