Paytaxtda piyadanı vuran sürücü saxlanıldı

29 Dekabr 2017 17:39 (UTC+04:00)

Səbaildə piyadanı vuran sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Nissan" markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü - Füzuli rayon sakini Həsənağa Hümbətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.