Azərbaycanın efir məkanında profilaktika işləri artırıla bilər

31 Dekabr 2017 14:30 (UTC+04:00)

Azərbaycanda 2018-ci il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.

Movqe.az bildirir ki, bu barədə Trend-ə teleradio yayımı bazarındakı mənbə məlumat verib.

Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir: "Gələn il 3 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Qrafikə əsasən, profilaktika işləri fevral, iyun və dekabrda keçiriləcək".

 

Qrafik teleradio şirkətləri ilə razılaşdırıldıqdan sonra təsdiq olunması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2017-ci ildə kompleks profilaktika iki dəfə - fevralın 6-sı və oktyabrın 16-da keçirilib.