ABŞ-da atışma olub: 1 ölü, 7 yaralı (YENİLƏNİB)

31 Dekabr 2017 22:45 (UTC+04:00)

ABŞ-ın Kolorado ştatında baş verən atışma zamanı 1 polis əməkdaşı həlak olub.

Trend-in məlumatına görə, bundan əlavə atışma nəticəsində 5 polis əməkdaşı və 2 mülki şəxs yaralanıb.

Yerli hakimiyyətin sözlərinə görə, atəş açan şəxs öldürülüb.