Sevgilisi üçün uşaqlarını satırdı

17 Mart 2013 10:16 (UTC+04:00)
Movqe.az -in məlumatına görə, qadın həbsxanadakı sevgilisi üçün zəmanət pulu vermək istədi. Lakin pulu olmadığı üçün facebook vasitəsilə uşaqlarını satmağa çalışdı. 10 aylıq uşağı üçün 1000 dollar, 2 yaşlı uşağı üçünsə 4000 dollar pul istəyən 22 yaşlı Misti VanHorn həbs edildi. Qadının ödəmək istədiyi pulun 40.000 dollar olduğu bildirildi.