Bu günə olan hava durumu

27 Aprel 2012 13:47 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Tibbi- meteoroloji proqnoz göstərir ki, aprelin 27-29-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Komfort temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Tural QABİLOĞLU