Çikaqo Çayı yaşıl rəngə boyandı

18 Mart 2013 16:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İrlandiyanın qoruyucu müqəddəslərindən Patrikin ölüm ili olaraq qəbul edilən 17 Martda qeyd olunan Müqəddəs Patrik Günü, ABŞ-ın Çikaqo şəhərində yenə rəngli görüntülərə səhnə olub. Çikaqo şəhərində on minlərlə İrlandiya əslli Amerikalı küçələrə axın edib. Hər il olduğu kimi bu il Çikaqo Çayı yaşıl rəngə boyanıb. Müqəddəs gündə yaşıl rənglərə bürünmək ən əhəmiyyətli təbrik formalarından biridir. İnanca görə; Əziz Patrickin simvolu əlindən heç yerə qoymadığı yaşıl rəngli, üç yarpaqlı bir yonca olub. Onun vətəni İrlandiyada da mərasim keçirilib. Kilsələrə axın edən xalq, soyuq yağışlı havaya baxmayaraq, yaşıl rəngə boyanaraq əyləncənin dadını çıxarıb. Katolik dünyasının yeni ruhani lideri Papa I. Françis xalqı təbrik edib.