Körpəsi və itləri ilə yürüyüş etdi

19 Mart 2013 16:59 (UTC+04:00)

Keçən il Cekson adında oğlan uşağını övladlığa götürən Cənubi Afrikalı aktrisa Çarliz Teron getdiyi hər yerə oğlunu da aparır. Movqe.Az-ın məlumatına görə,  37 yaşındakı aktrisa keçən cümə günü, bir yaşlı Ceksonla Hollivuddakı Runyon Kanyonda yürüyüş edib. İdman sevgisi ilə tanınan Teron körpəsini baqajdan çıxararkən bir az çətinlik çəksə də oğlunu uşaq arabasına qoydu,  iki iti də onlara yürüyüşdə yoldaşlıq edib. Keçmişdə siqaret asılısı olduğunu etiraf edən, yoqa və məşq sayəsində formasını qoruyan Teron həftədə ən az 3 dəfə ciddi bir yürüyüş edir.