Zəlzələ olub

27 Aprel 2012 14:33 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Kütahyanın Simav bölgəsində 4,9 bal gücündə zəlzələ meydana gəlib. Boğaziçi Universiteti Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə saat 01.05 radələrində Simav bölgəsindən 10 kilometr uzaqlıqda yerləşən Söyüd kəndində 4,9 bal gücündə zəlzələ qeyd edilib. Zəlzələdən qorxan vətəndaşlar evlərini tərk edib. Simav rəsmisi Yüksək Ünal : "Zəlzələ nəticəsində xəsarət alan olmayıb".

Əfqanə Məzahirqızı