Çavezin adı dağlarda yaşayacaq

19 Mart 2013 18:00 (UTC+04:00)
Şimali Osetiya alpinistləri Federasiyasının prezidenti Kazbek Hamitsayev, 30 Şimali Osetiya alpinistinin Venesuela liderinin xatirəsinə Qafqaz sıradağlarının cənub yamacında 3695 metr yüksəkliyində bu günə qədər adsız olan bir dağ zirvəsini fəth etdiyini bildiriblər. Movqe.Az-ın məlumatına görə, alpinistlər bu zirvəyə Cənubi Osetiyanın 2008-ci ildə Gürcüstandan müstəqilliyini tanıyan Venezuela lideri Çavezin adının verilməsi üçün Şimali Osetiya prezidenti Teymuraz Mamsurova müraciət ediblər. Hamitsayev, dağın zirvəsində Venezuela liderinin portretinin qoyulduğunu sözlərinə əlavə edib.