ABŞ-ın daha bir ştatı Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul etdi

21 Mart 2013 13:36 (UTC+04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələri 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir.

Qətnamədə həmçinin Xocalı faciəsinin beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.

Qeyd edək ki, Pensilvaniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tennessi ştatlarının qanunverici orqanl