Bu gün Ümumdünya Meteorologiya günüdür
23 Mart 2013 10:48 (UTC+04:00)
Movqe.az-ın məlumatına görə, Azərbaycan
Respublikası 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının
Konvensiyasına qoşulub və bu Konvensiyadan irəli gələn bütün
tələblərə əməl edərək, məlumatların beynəlxalq və regional
mübadiləsini həyata keçirir. təşkilatın qəbul etdiyi qərarları icra
edir.
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər
il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd
edir1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmış Ümumdünya
Meteorologiya Təşkilatı ən qədim beynəlxalq təşkilatlardan biri
olan Beynəlxalq Meteorologiya Təşkilatının sələfidir. 1951-ci ildən
isə Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir.
Artıq Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında
keçirilməsi ənənəyə çevrilib. 2012-ci ilin mövzusu olan "Hava,
iqlim və su gələcəyimizin aparıcı quvvəsidir" devizi isə hava,
iqlim və su ilə əlaqədar təqdim olunan məlumatların sosial-iqtisadi
sektorlar üçün müstəsna rolunu göstərmək üçün seçilmişdir.
"Hava, iqlim və su gələcəyimizin aparıcı quvvəsidir" devizi
Ümumdünya Meteorologiya Təşkilatının 16-cı Konqresində 2012-ci
ildən başlayaraq İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin
(İXQÇS) yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə
bağlıdır. Bu Konqresdə İqlim Xidmətlərinin Qlobal Çərçivə
Sisteminin 4 prioritet istiqaməti müəyyən edilmişdir: təbii fəlakət
təsirlərinin minimuma endirilməsi, su resursları, səhiyyə və qida
təhlükəsizliyi.
2012-ci ilin oktyabr ayında Cenevrə şəhərində 2019-cu ilədək
hidrometeoroloji xarakterli təbii fəlakət hadisələrindən dəyən
ziyanın minimuma endirilməsi, insanlar arasında tələfatın
1994-2003-cü illərə nisbətən iki dəfə azaldılması və digər
məsələlərlə bağlı ÜMT-nin növbədənkənar 17-ci sessiyasının
keçirilməsinə qərar verilmişdir.
Operativ və rejim xarakterli hidrometeoroloji məlumatlardan,
proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində,
kənd təsərrüfatı, tikinti, aviasiya, gəmiçilik, energetika və s.
sahələrdə istifadə edilməsi böyük səmərə verməklə dayanıqlı
inkişafı təmin edən amillərdəndir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən
müşahidə şəbəkələri yeni cihaz və avadanlıqlarla, o cümlədən
avtomat meteoroloji stansiyalarla təmin edilir ki, bu da
müşahidələrin keyfiyyət göstəriciləri ilə bərabər onların operativ
ötürülməsini və istifadəsini təmin edir.
Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi olaraq
müşahidələrin aparılması və daha yüksək dəqiqliklə qabaqcadan
verilən proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz
həyat üçün zəmin yarada bilir. Bununla da təbii fəlakətlərin
təsirlərinin nisbətən yumşaldılması məqsədilə iqtisadiyyatın bütün
sahələrində keyfiyyətli hidrometeoroloji xidmətə təlabatların
artması müşahidə olunur ki, bu baxımdan da hidrometeorologiya
xidmətlərinin rolu əvəzsizdir.