BMT baş katibinin Beynəlxalq Novruz günü münasibətilə təbriki yayılıb
23 Mart 2013 11:27 (UTC+04:00)
"Mən bu bayramı qeyd edənlərə ən yaxşısını arzu edirəm və ümid
edirəm ki, bütün insanlar təbiətin gözəlliyini seyr etmək, baharın
gəlişini səbirsizliklə gözləmək və dünyanı yarada bilən təbiətin
gücü barədə düşünmək üçün bu bəhanədən istifadə edəcəklər"-deyə BMT
baş katibi Pan Gi Mun martın 21-də qeyd olunan Beynəlxalq Novruz
günü münasibətilə öz təbrikini çatdırıb.
Novruz tək ölkələri birləşdirmir, bu bayram bizə xatırladır ki,
planetimizin qədrini bilməliyik, təbiətin gözəlliyini və baharın
gəlişini mədh etməliyik".
Pan Gi Mun onu da əlavə edib ki, Novruz bu bayramı qeyd edənləri və
sadəcə bu bayramın mövcudluğundan xəbərdar olanları ətraf mühitin
qorunmasına ilhamlandıra bilər.
BMT baş katibi qeyd edib ki, bir sıra ölkələr Novruzun YUNESKO-nun
qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahıya daxil
etməsi təşəbbüsü ilə çıxış edib: "Azərbaycan, Hindistan, İran İslam
Respublikası, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistanın birgə
səyləri birliyin və müxtəlifliyin dəyərini sübut edir".