Qəzet redaksiyaları hədəfə alınıb

27 Aprel 2012 14:54 (UTC+04:00)
Mövqe.az CNN-ə istinadən bildirir ki, Qırmızı Xaç Cəmiyyətinin verdiyi məlumata görə, cümə axşamı Nigeriyanın şimalı və mərkəzində üç bomba partlayışı nəticəsində bir kamikadze də daxil olmaqla ən azı səkkiz adam həyatını itirib və yaralananlar da olub.
Ölkənin prezidenti bildirib ki, ilk iki bombanın hədəfi qəzet redaksiyaları idi.
Şimali Kaduna ştatında baş verən üçüncü partlayış müəssisə rəhbərləri tərəfindən təsdiq edilib,amma hadisə və ya zərərlə bağlı heç bir məlumat verilməyib.
Kadunada baş verən ilk hadisə "The Sun", "ThisDay" və "The Moment" qəzet redaksiyalarına avtomobil ilə hücum nəticəsində baş verib.
Qırmızı Xaç Cəmiyyətindən alınan xəbərə müvafiq olaraq, şahidlər şübhəli bilinən bombarmançıları avtomobildən almağa cəhd ediblər. Şübhəlilərın bombanı atmas nəticəsində 4 nəfər həyatını itirib,19 nəfər isə yaralanıb. Digər şahidlər şübhəli bombardmançını tutub polisə təslim edib.

Ziba Yusifova