Sabahdan sınaq imtahanına yazılış başlayır

27 Mart 2013 12:09 (UTC+04:00)


Movqe. az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldığı məlumata görə, aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış 28 mart saat 9:00-dan etibarən başlanacaq. 

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

Virtual ödəmə kartlarını həmçinin "Goldenpay", "Azericard" və "Netmoney" kartları vasitəsilə on-line ödəmə etməklə əldə edə bilərlər.