Arılar avtomobildə yuva qurdular

27 Mart 2013 17:00 (UTC+04:00)

ABŞ-da Gven Qayden adlı bir qadın avtomobilinə minmək istəyərkən qarşılaşdığı mənzərəylə şok olub. Movqe.Az-ın məlumatına görə, Texas əyalətində yaşayan gənc qadın, avtomobilinin altına yapışmış minlərlə arını görən zaman qorxudan evdən çıxmayıb. Heyvan İdarə Mərkəzi və səlahiyyətlilərdən cavab ala bilməyincə bir xəbər kanalına zəng vuran qadın, təcili yardım çağırıb. Bununla da gənc qadın, kanalın çağırdığı mütəxəssis Maykl Sekston tərəfindən xilas edilib. Arıları öz texnikasıyla karton bir qutuya daşıyan Sekston, "Arılar koloniyaları dolan zaman yeni yaşayır yeri axtarışına keçərlər. Qaydenin avtomobilinin qırmızı və qəhvə tonu onları özünə çəkib." dedi. İndi təxminən 8 min arıya yeni bir həyat sahəsi axtarılır.