Evliliklərinin çətin günlərini yaşayırlar

27 Mart 2013 18:08 (UTC+04:00)

Keçən ay yenidən gündəmə gələn boşanma dedi-qodularını yalanlayan türk müğənni Emre Altuğ və həyat yoldaşı model Çağla Şikel cütlüyünün münasibətlərinin korlandığı söylənilib. Movqe.az türk mediasına istinadən xəbə verir ki, 4 il davam edən əlaqələrini 2008-ci ildə nigah masasına aparan və Kuzey ilə Uzay adlı iki uşaqları olan cütlüyün son günlərdə tez-tez mübahisə etdikləri bildirlib. Cütlüyün evliliyindəki problemlər Şikelin keçən ay gecə əyləncələrinə tək başına çıxmasıyla yaranıb və bu vəziyyət Emre Altuğun reaksiyasına səbəb olub. Son olaraq 14 fevral "Sevgililər Günü"ndə birlikdə bir yığıncağa qatılaraq ayrılıq dedi-qodularını səmimi görüntülər verərək yalanlayan cütlüyün bir müddətdir tez-tez küsdükləri söylənilib. Altuğun bu küslüklər zamanı Şikelin rəfiqələri ilə çölə çıxmasına da təzyiq göstərdiyi qeyd edilib.