4 milyon nəfər quraqlıqla üzləşib

27 Mart 2013 17:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çinin şimal-qərbindəki Gansu əyalətində, 4 milyondan çox nəfərin quraqlıqla mübarizə etdiyi bildirilib. Rəsmilər, bölgədə 650 min nəfərin də içməli su problemiylə üzləşdiyini, 398 min hektarlıq kənd təsərrüfatı ərazisinin bundan mənfi istiqamətdə təsirləndiyini bildirib. Yerli rəhbərliyin bölgəyə 26 milyon Yuen (təxminən 4 milyon ABŞ dolları) köçürdüyü deyilsə də, quraqlığın aprel ayının sonuna qədər davam edəcəyi gözlənilir.