Ürək döyüntüsü duyulan körpə üçün abort qadağası

27 Mart 2013 19:24 (UTC+04:00)

ABŞ-ın Şimali Dakota ştatının Respublikaçı valisi Cek Delrimpl, 6 həftəlik körpənin abort olmasını qadağan edən qanunu təsdiqləyib. Movqe.Az-ın məlumatına görə, onun imzaladığı qanun, körpənin ürək döyüntüsünün eşidilməsi halında abort əməliyyatının qadağan edilməsini nəzərdə tutur. Körpənin ürək döyüntüsünün hamiləliyin 6-cı həftəsində eşidildiyi məlumdur. Cek Delrimplın imzası ilə qüvvəyə minən digər qanunla da Şimali Dakota daun sindromu kimi genetik xəstəliklər səbəbiylə abort edilməsi qadağan edilən ilk ABŞ əyaləti olub.