Gənclərin inkişaf mərkəzi işlərini davam etdirir - Foto

27 Aprel 2012 16:03 (UTC+04:00)

Gənclərin inkişaf mərkəzinin üzvləri professor Qindez adına sümük vərəminin müalicəsi  və profilaktikası üzrə Uşaq Sanatoriyasını  ziyaret ediblər.  Uşaqlara diqqətdən kənar olmadıqlarını sübut edən təşkilat üzvləri  bir günlərini onlarla keçiriblər.  Tədbirdə türkiyəli gənclər də iştirak edib. Soydaşımız Sərkan Yıldırım təssuratlarını bizimlə bölüşdü: `Belə uşaqların sevincini görmək çox təsirlidir. İnanın ki, onlardan çox mən sevinirəm. Ona görə ki, onların sevinməyində özümün də rolunu görürəm və bu mənə qürur verir.

Movqe.Az- a müsahibəsində təşkilatın rəhbəri Rəşad Zeynallı bu ziyarətin önəmli olduğunu diqqətə çatdıraraq belə söylədi: `Biz sosial məsuliyyətimizi dərk edirik və bunu dildə  yox əməldə yerinə yetirməyə çalışırıq`.

Türkan Nadirqızı

Movqe.Az