Nazirliyə 13 mindən yuxarı müraciət edilib

28 Mart 2013 12:34 (UTC+04:00)
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə son iki il ərzində (24.02.2011-24.02.2013) 13275 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, müraciətlərin 9061-i şikayət olub. Onların 1728-i əsaslı, 4976-sı isə əsassız, 2357-si cari problemlərlə bağlı şikayətlər olub. Müraciətlərin 730-u - aidiyyəti üzrə olmayıb, 3484-ü sorğu xarakterli olub. Bu ilin fevral ayı ərzində "Qaynar xətt" xidmətinə 484 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 350-i şikayət (176-ı əsaslı, 153-ü isə əsassız, 21-i cari problemlərlə bağlı), 115-i sorğu xarakterli, 19-u isə aidiyyəti üzrə olmayıb. "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.