Az qalsın bir gözünü itirirdi

28 Mart 2013 16:27 (UTC+04:00)

ABŞ-da 18 yaşındakı bir gənc qız, taxdığı linza üzündən görmə bacarığını itirmə təhlükəsiylə qarşı-qarşıya qalıb. Movqe.Az-ın məlumatına görə, Eşli Haydın bulanıq görmə şikayətləri ilə başlayan narahatlığı bir gözünü itirmə nöqtəsinə qədər gəlib çatıb. İstifadə etdiyi kontakt linzanın üzərində böyüyən bir parazitin göz buynuzlarını yediyini öyrənən gənc qız böyük bir qorxu yaşayıb. Həkimlər, gənc qızın gözündə "Acanthamoeba" olaraq adlandırılan, xüsusilə linzalar təmiz istifadə edilmədiyi zaman ortaya çıxan bir infeksiya tapıb. Haydın vəziyyətinin nümunə xarakteri daşıdığını söyləyən göz həkimi Adam Klark, linzaların hər gün mütləq dəyişdirilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb. Dərhal əməliyyata alınan Haydın müalicəsinin bir neçə gün davam ediləcəyi bildirilib.