“Holi” festivalına qatılıb

28 Mart 2013 16:55 (UTC+04:00)

Türkiyənin sevilən müğənnisi Gülben Ergen, uzun müddətdir arzuladığı Hindistan tətilinə çıxıb. Movqe.Az türk mediasına istinadən bildirir ki, məşhur müğənni ötən gün dostları ilə birlikdə Hindistanın Udaipur şəhərində təşkil edilən "Happy Holi" festivalına da qatılıb. Hindistanın adət-ənənələrinə uyğun olaraq dostları ilə bir-birlərinə boya atan Ergen, fotoşəkillərini "Instagram"dakı izləyənlərinə paylaşıb.