Movqe.az xəbər verir ki,
dünya əhalisini araşdıran
bir proyektə görə,
dünyada yalnız 100
nəfər yaşasa, 15-i
pis qidalanacaq, 1 nəfər isə
aclıqdan öləcək. Ən çox çin dilində danışılacaq. Hər il beynəlxalq
təşkilatlar dünyanın
demoqrafik quruluşuyla bağlı
hesabat yayımlayır. Lakin bu
rəqəm qarışıqlığından
sıyrılıb dünya əhalisinin
demoqrafik vəziyyətini bilmək üçün
bu statistikaya nəzər yetirmək kifayətdir.
7milyardlıq dünya
əhalisinin bütün dərəcələri
qorunaraq hazırlanan
hesabata görə, dünyada
yalnız 100 nəfər
olsaydı 50-si qadın,
50-si kişi olmaqla, 60
Asiyalı, 15 Afrikalı,
14 Amerikalı və
11 Avropalı yaşayacaqdı.
26 uşağın yaşayacağı
bu kiçik dünyada,
65 yaşını ötmüş yalnız
8 nəfər olacaqdı.
33 xristian, 22
müsəlman, 14 Hindi
və 7 Budist, 12
ateist olacaqdı.
Ən məşhur dil
olan Çin dilini 12
nəfər danışacaq, 5 nəfər
İngilis və İspan
dilinə üstünlük verəcəkdi. Edilən
statistika, dünyadakı fərqli
həyat standartlarını müəyyən
edib.100 nəfərdən 21-i piylənmə xəstəliyi
olacaq, 15-i qeyri-kafi
qidalanacaq və 1 nəfər
aclıqdan
öləcəkdi.
Evində
elektrik olmayanların sayı
isə 22 olacaqdı.
Yəni bütün əhalinin təxminən
dörddə biri qaranlıqda
yaşacaqdır.
48 nəfər
ayda 2
dollarla
yaşayacaqhər iki uşaqdan
biri yoxsul olacaqdı.