Vüqar Səfərli: “Hələlik internet mediası ilə işləmək fikrimiz yoxdur”

27 Aprel 2012 17:07 (UTC+04:00)

Azərbaycanda yeni media sürətlə inkişaf edir. Gün-gündən agentliklər, xəbər saytları yaradılır. Yeni medianın inkişafı artıq çap mətbuatını da arxada qoyub. Bu gün hökumət tərəfindən çap mətbuatına müxtəlif yardımlar göstərilir, həmin güzəştlər internet qəzetlərinə hələki şamil olunmur.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu KİV layihələrinin maliyyələşməsi üçün müxtəlif müsabiqələr keçirir.

Bəs internet qəzetlərin layihələrinə dəstək olmaq üçün KİVDF-nin gələcək planları varmı?

Fondun icraçı direktoru Vüqar Səfərli Modern.az saytına açıqlamasında sualı yalnız bir cümlə ilə cavablandırmaqla kifayətlənib: "Hələlik internet qəzetlərlə, saytlarla işləmək fikrimiz yoxdur".


Tural QABİLOĞLU