Təhsil Nazirliyi gələn həftə TQDK-ya məktub göndərəcək

29 Mart 2013 12:45 (UTC+04:00)
"Təhsil Nazirliyi 4-cü sinif üzrə dərsliklərlə bağlı müəlliflərin hazırladığı cavab rəylərini gələn həftə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) göndərəcək". Bu məlumatı Movqe.az-a  Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı verib. Onun sözlərinə görə, hazırda 4-cü sinif üzrə iki dərsliyin müəlliflərin rəyi qalıb ki, həmin rəylər bu həftə daxil olacaq: "Gələn həftə isə rəyləri TQDK-a göndərəyik".