15 yaşlı qızına təcavüz edilən ata qeyri-adi yola əl atdı - TƏFƏRRÜAT
29 Mart 2013 13:34 (UTC+04:00)
Movqe.az-in xəbərinə görə, ata sosial şəbəkələrdə "Qızım üçün
ədalət istəyirəm" başlığı altında imzatoplama kampaniyası
başladıb.
Bir çox məşhur sənətçi və jurnalistlərin də qatıldığı kampaniyadan
sonra Türkiyənin Ailə və Sosial siyasət naziri Fatma Şahin məsələyə
müdaxilə edib. Rəsmi Twitter səhifəsində açıqlama yayan nazir bu
işlə ciddi məşğul olacağını deyib: "Artıq qızımız dövlət tərəfində
qorunacaq. Biz axıra qədər bu hadisənin üstünə gedəcəyik".
İnternetdə
http://imza.la/tecavuze-ugrayan-kizim-icin-adalet-istiyorum başlığı
ilə başladılan imzatoplama kampaniyasına 12 min insan dəstək verib.
Kampaniyanın olduqca uğurlu keçdiyini deyən ata Əhməd İ. deyib ki,
yüzlərlə insan ona zəng edərək dəstək olub: "Qızımın kampaniyasına
12 min insan qoşulub. Ədalət üçün verilən bu dəstək məni çox
sevindirdi. Qızıma əzab verən o insanın lazımi cəza alması üçün
axıra qədər mübarizə aparacam".