Çin ilk dünya müşahidə peykini apreldə göndərəcək

29 Mart 2013 15:32 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çin Dövlət Elm, Texnologiya Sənaye İdarəsi, ölkənin ilk yüksək səviyyəli dünya müşahidə peykinin apreldə göndəriləcəyini bildirib. Peykin daşıyıcı "Uzun Hərəkət2" raketlərinin test mərhələsinin tamamlandığı, peykin havaya qalxma sahəsinə yerləşdirdiyi bildirilib. Çin, 2015-ci ilə qədər kosmosa 5-6 peyk göndərməyi hədəfləyir. Təşkilat bununla fəlakətlərin təsirinin azaldılması, resursların, ətraf mühitin milli təhlükəsizliyin qorunması xidmətinin verilməsini planlaşdırır. Sistemin şəhərlərin nəqliyyat rəhbərliyində fayda verəcəyi düşünülür.