"28 May "da baş verən dəhşətli yanğın söndürülüb

29 Mart 2013 20:59 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb. Movqe.az-;n FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda Mirəli Qaşqay 5 ünvanında tikilməkdə olan binanın 6-cı mərtəbəsində taxta qəliblərdə yanğın baş verib.Bakının Süleyman Rəhimov küçəsində tikilməkdə olan binada başlayan yanğın söndürülüb. Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib. Bakının Süleyman Rəhimov küçəsində tikilməkdə olan binada başlayan yanğın həmin əraziyə bitişik olan bazara keçərək bu ticarət obyektini demək olar ki, məhv edib. Bu barədə APA-nın hadisə yerində olan müxbiri məlumat verir. Məlumata əsasən, yanğının söndürülməsi üzrə tədbirlər davam edir. Hazırda fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov və Bakı metropoliteninin rəisi Tağı Əhmədov hadisə yerindədirlər. Qeyd edək ki, axşam saatlarında  28 May metrostansiyasının yaxınlığındakı binada güclü yanğın başlayıb.  Movqe.az xəbər verir ki, hadisə yerinə yanğının söndürülməsi üçün bir neşə yanğınsöndürən maşın cəlb olunub. Qeyd edək ki, bina  yeni tikilidir və yaşayış yoxdur. Bu bina Dəmiryol Vağzalının yuxarısında Xətai prospektində  bazarın yerində inşa olunub.