Romada “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilib
31 Mart 2013 18:13 (UTC+04:00)
İslam Konfransı Gənclər Forumunun katibliyindən APA-ya verilən
məlumata görə, Romada "Xaricdə Təhsil Alan və Məzun Olmuş
Azərbaycanlı Gənclərin (ASAIF) forumu çərçivəsində "Xocalıya
ədalət" beynəlxalq informasiya kampaniyasının təqdimatı
keçirilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun
Layihələr Departamentinin rəhbəri Sevinc İskəndərova "Xocalıya
ədalət" kampaniyası barədə məlumat verib, görülən işlərdən və
nəticələrdən danışıb.
Qeyd edək ki, "Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyası
Leyla Əliyeva tərəfindən irəli sürülüb, dünyanın 35-dən çox
ölkəsində faciənin mənəvi və hüquqi-siyasi tanınmasına yönəlmiş iş
aparıb.