Piyadanı maşın vurdu

13 Mart 2018 16:57 (UTC+04:00)

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Movqe.az-ın “report”a istinadən xəbərinə görə, paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında 1965-ci il təvəllüdlü Mahmudov Rasim Rəhim oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.
 
Yaralı xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.