Türkiyənin məşhur yumoristi avtomobil “xəstəsidir” - FOTO

27 Aprel 2012 18:54 (UTC+04:00)

Dünən Türkiyənin məşhur yumoristi Cem Yılmaz, beş aylıq hamilə olan həyat yoldaşı Ahu Yağtuyla ticarət mərkəzindən çıxarkən papparazzilərə yaxalanıb. Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən iki aydır ki, kameraları görən kimi siması dəyişən C.Yılmazın bu dəfə vəziyyəti xoş əhval-ruhiyyədə idi.

Jurnalistlərə gülümsəyərək, müxtəlik rakurslarda şəkil çəkdirən C.Yılmaz, avtomobilinə əyləşənə qədər həyat yoldaşının əlini buraxmaması diqqətdən yayınmayıb.

Qeyd edək ki, C.Yılmaz avtomobil həvəskarıdır. O, "Ferrari", "Maserati", "Bentley", "Range Rover" və "Lamborghini" markalı avtomobillərə sahibdir. Amma C.Yılmaz jurnalistlərə yaxalanarkən, "Opel"markalı avtomobilini idarə edirdi.

Fuad Mədətov

Movqe.Az