Bakıda 3 otaqlı ev yanıb

1 Aprel 2018 14:17 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Movqe.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Xətai rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə və ev əşyaları yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​