İlk sınaq imtahanı keçirildi

1 Aprel 2018 15:28 (UTC+04:00)

Bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 18 şəhər və rayonunda sınaq imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb