Bakıda orta yaşlı kişini avtomobil vurub

2 Aprel 2018 08:39 (UTC+04:00)

Bakının Xətai rayonunda orta yaşlı kişini avtomobil vurub.

Movqe.az report.az-a istinadən bildirir ki, hadisə 1972-ci il təvəllüdlü Kərimov İltimas Firdovsi oğlu Afiyyədin Cəlilov küçəsində yolu keçmək istəyən zaman baş verib.

Yol-nəqliyyat hadisəsini minik avtomobilinin sürücüsü törədib.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.