Dəm qazından zəhərlənənlərin statistikası açıqlandı

2 Aprel 2018 11:07 (UTC+04:00)

Dəm qazından zəhərlənmə diaqnozu ilə son üç ayda Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 26 nəfər daxil olub. Bu barədə Movqe.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Azər Maqsudov dəm qazından zəhərlənmə diaqnozu ilə ölüm halının hələki baş vermədiyini bildirib. Onun sözlərinə görə, yanvar, fevral, mart aylarında ərzində alergik reaksiyalardan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər daxil olub: " Üç ayda 6 nəfər sirkə turşusu diaqnozu, 7 nəfər isə dərmandan zəhərlənmə diaqnozu ilə müraciət edib". Azər Maqsudov bildirib ki, dəm qazından zəhərlənənlərdən ikisi azyaşlı olub. 

Zülfiyyə QULUYEVA