Rusiyada kriptovalyutaların tənzimlənməsi ilə bağlı qanun layihələri sadələşdiriləcək

2 Aprel 2018 15:34 (UTC+04:00)

Rusiya hökuməti kriptovalyutaların tənzimlənməsi ilə bağlı qanun layihələrini azaltmaq və sadələşdirmək niyyətindədir.
Movqe.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini İqor Şuvalov məlumat verib. 
"Kriptovalyuta bazarının tənzimlənməsinə nə qədər ehtiyac olduğunu heç kim bilmir", - deyə o qeyd edib. 
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina bəyan edib ki, kriptovalyutalara yatırım edən investorların hüquqlarının qorunması təmin edilmir.