Bu ölkədə dondurmadan kütləvi zəhərlənmə olub

7 Aprel 2018 20:21 (UTC+04:00)

Qazaxıstanın Çimkənt şəhərində 188 nəfər dondurmadan zəhərlənib.

Movqe.az ölkənin səhiyyə departamentinə istinadla xəbər verir ki, zəhərlənənlərin artıq 40 nəfəri xəstəxanadan evə buraxılıb. Bir neçə gün bundan əvvəl isə 36 nəfər zəhərlənmə səbəbindən xəstəxanaya müraciət etmişdi.

Çimkənt Daxili İşlər Departamenti kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.