Psixoloqların fəaliyyətini tənzimləyən qanun qəbul olunacaq-Özəl

3 Aprel 2018 11:28 (UTC+04:00)

Ölkədə psixoloqların fəaliyyətini tənzimləyən qanun qəbul olunacaq. Bu barədə Movqe.az-a Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev məlumat verib.  Deputat bildirib ki, hazırda   "Psixoloji yardım haqqında" qanun qəbul olunmadığından,  ölkəmizdə psixoloji xidmətin göstərilməsində müəyyən boşluqlar var: “Polikilinikalarda psixoloq ştatları yoxdur. Bəzən heç bir diplomu, sertifikatı olmayan insanlar bu boşluqdan istifadə edib müstəqil şəkildə psixoloq kimi  fəaliyyət göstərirlər. Psixoloqların qanunla dərman yazmaq səlahiyyəti yoxdur. Əgər bu gün hansısa psixoloq özünü psixoterapevt kimi aparıb  sakitləşdirici dərmanlar yazırsa, bu xəstəliyi daha da ağırlaşdırır”.

Zülfiyyə QULUYEVA