Abşeronda bibisini baltalayıb öldürən şəxsin məhkəməsi başladı

3 Aprel 2018 11:56 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs edilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 9-na təyin edilib.

İttihama görə, ötən il Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevanı balta ilə qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.