Azərbaycanda prezident seçkilərini müşahidə edən Bolqarıstan QHT-si aralıq hesabatını açıqlayıb

4 Aprel 2018 11:54 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası tərəfindən 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün dəvət edilmiş Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GİSDİ) qeyri-hökumət təşkilatı bu günlərdə aralıq hesabatını açıqlayıb.

Qeyd edilməlidir ki, GİSDİ 1990-cı ildə Bolqarıstanda təsis edilib.

Movqe.az bildirir ki, bu təşkilat, adından da göründüyü kimi, seçkilərin müşahidə olunması sahəsində ixtisaslaşıb və yaradıldığı vaxtdan indiyədək Bolqarıstanda müşahidə missiyalarını həyata keçirib. GISDI bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib, Azərbaycanda isə 2003-cü ildən etibarən seçkiləri müşahidə edir.

GISDI uzunmüddətli müşahidə missiyası təqdim etdiyi aralıq hesabatında hazırkı geosiyasi vəziyyəti Azərbaycan üçün 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən hal kimi qiymətləndirir, seçkilərin müşahidə olunmasını demokratik və ədalətli seçkilər üçün beynəlxalq standartlara uyğun olduğunu vurğulayır, Azərbaycanın siyasi, iqtisadi və mədəni xüsusiyyətlərini də  nəzərdən keçirir, seçkiqabağı vəziyyəti və seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni qiymətləndirir, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyası, onun KİV-də işıqlandırılması və s. kimi   məsələlərə münasibət bildirir.
Hesabatda qeyd edilir ki, 26 sentyabr 2016-ci ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumdan sonra qüvvəyə minmiş dəyişikliklər prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək hüququ verir və Prezident konstitusiya hüququndan istifadə edərək 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkilərinin  elan edilməsi barədə sərəncam imzalayıb.
Sənəddə xatırladılır ki, prezident seçkilərinin keçirilməsi üçün 15 namizəd irəli sürülmüşdü və onların müraciətləri Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş və onlardan 8 namizədin namizədlikləri qeydə alınmışdır. Vurğulanır ki, GİSDİ əməkdaşlarının görüşdüyü "bütün namizədlər və partiya təmsilçiləri namizədliklərinin qeydə alınması zamanı heç bir problemlə qarşılaşmadıqlarını bildirdi. Təbliğat kampaniyalarına çətinlik törədə biləcək heç bir məqamın olmadığını qeyd etdilər".  
Sənəddə namizədliklərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı prosedur və tələblərin tam və aydın şəkildə qanunda öz əksini tapdığı bildirilir və qeyd edilir ki, "namizədliklərin ikisindən imtina edilməsi və digər beş namizədin prosesdən kənarlaşdırılmasına baxmayaraq, hesab edirik ki, bütün əsas demokratik prinsiplərə hörmət olunmuşdur".
Hesabatda vurğulanır ki, "bəzi siyasi partiyalar istisna olmaqla qeydiyyata alınmış siyasi partiyaların əksəriyyəti prezident seçkilərində iştirak etmək istəklərini ifadə ediblər. Müxalifət partiyalarının bəziləri prezident seçkisində, o cümlədən, müxalifətçi Azərbaycan Demokratik Qüvvələr Milli Şurası və Müsavat Partiyası qatılmayacaqlar. Bəzi müşahidəçilərə və mətbuat orqanlarına verdikləri izahatlarda onlar, həm seçkilərdə rəqabət qabiliyyətinin olmamasını həm də, növbənəkənar prezident seçkilərinin kifayət qədər motivasiya edilməməsi və başqa məqsədlərlə həyata keçirildiyini hesab edirlər". 
Hesabatda müxtəlif təşkilatlar tərəfindən seçki öncəsi keçirilmiş sosioloji sorğuların nəticələri təhlil edilir. Sorğuların nəticələrinə istinad edən hesabat müəllifləri respondentlərin böyük əksəriyyətinin Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirdiklərini, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti dəstəklədiklərini ön plana çəkirlər. Onlar bütün sorğularda hazırda fəaliyyət göstərən Prezidentin reytinqinin çox yüksək olmasını və seçkilərdə onu dəstəkləyəcəklərini vurğulayırlar. Hesabat müəllifləri qeyd edir ki, "digər müxalifət partiya və biliklərin prezident seçkilərində iştirakdan çəkindirən əsas səbəb də onların şansızlığının əvvəlcədən bəlli olması ilə bağlıdır".
Hesabatda "ənənəvi baykotçu olan iki müxalifət və onların satellit təşkilatlarının seçkilərdə namizəd irəli sürməkdən imtinasının səbəbləri ekspert rəyləri ilə izah edilir" və göstərilir ki, "əsas səbəb onların irəli sürəcəkləri namizədin əsas namizədlə rəqabət etmək imkanının olmaması ilə bağlıdır".
Sənəd müəllifləri "həqiqi siyasi müxalifəti" (özlərinin dediyinə görə) təmsil edən bəzi müsahiblərin yuxarıda qeyd olunan partiyaları "kompromisə getməyən müxalifət" kimi xarakterizə etdiyini diqqətə çatdırdılar. Müsahiblərin onları "radikal müxalifət" adlandırırlar və "təkcə özlərinin qeyri-demokratik vasitələr üzərində təkid edərək status-kvoya qarşı deyil, həm də "Azərbaycan müxalifəti" siyasi etiketinin monopoliyasına can ataraq həqiqi müxalifətə qarşı hücum" bildirdilər. Hesabatda "həqiqi siyasi müxalifət"dən (özlərinin dediyinə görə) olan müsahiblərə istinad edilərək qeyd edilir ki, " bu partiyaların seçkiləri boykot etmək üçün motivləri ötən prezident və parlament seçkilərində əldə etdikləri nəticələrdən və həmin partiyaların eyni "seçki uğurları" ilə yenidən qarşılaşmaq istəməməklərindən qaynaqlanır".
GİSDİ sənəddə seçkilərin keçirilməsi üçün mövcud hüquqi çərçivəni qiymətləndirərək xatırladır ki, "Seçki Məcəlləsi Avropa Şurasının Venesiya Komissiyası, ATƏT/DTIHB və Beynəlxalq Seçki Sistemi Fondu (IFES) ilə sıx əməkdaşlıq nəticəsində 2003-cü ilin may ayında qəbul edilmişdir". 
Hesabat müəllifləri Azərbaycanda seçki administrasiyasının ənənəvi şəkildə qurulduğu və seçki komissiyalarının 3 pilləli ierarxik sistemdən - Mərkəzi Seçki Komissiyası (MSK), Dairə Seçki Komissiyası (DSK) və Məntəqə Seçki Komissiyasından (MnSK) - ibarət olduğu göstərilir. Diqqətə çatdırılır ki, "Mərkəzi Seçki Komissiyasının, seçki prosesində baş verən bütün əsas hadisələr barədə müfəssəl məlumatlar verən veb saytı vardır. Bu veb səhifəsində xarici müşahidəçilərin müvafiq öhdəliklərini yerinə yetirməsinə kömək edən ingilis bölməsi də var".
Sənəddə seçki gününə qədər ən azı 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarının ölkə daxilində və ya xaricdə yaşamalarından asılı olmayaraq, səs vermək hüququna malik olduğunu diqqətə çatdırlır. Onlar daha sonra yazırlar: "Birləşmiş vahid seçici siyahıları hər il yanvar ayının əvvəlində yerli nümayəndəliyin məlumatları əsasında yerli seçki məntəqələri tərəfindən yenilənən seçici siyahılarına əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş, yenilənmiş (yerli höküumətin və polis orqanlarının köməyilə) və sonra 5 fevral 2018-ci il tarixindən gec olmayaraq DSK-lara təqdim edilmişdir". Seçicilər siyahısının Mərkəzi Seçki Komissiyası tərəfindən yekunlaşmasından əvvəl elan edilən açıqlamaya əsasən, Azərbaycanda 5,192,042 nəfərin səsvermə hüququna malik olduğu bildirilir.
GİSDİ-nin hesabatında səsvermə qaydası və xaricdə səsvermənin təşkili məsələlərini araşdırır. Hesabatda bildirilir ki, "32 xarici ölkədə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 41 seçki məntəqəsi yaradılacaq. Xarici İşlər Nazirliyi bu məqsədlə xaricdə seçki prosesini MSK ilə əlaqələndirmək üçün işçi qrupu yaratmışdır".
GİSDİ hesabatında seçicilərin maarifləndirilməsi və səlahiyyətləri məsələlərinə geniş  yer ayrılmışdır. Sənəddə bildirilir ki, MSK seçicilərin məlumatlılığının artırılması və məntiqli seçim etmək və səsvermə kimi mülki hüquqlarından istifadə etmək səlahiyyəti vermək məqsədilə müxtəlif layihələr həyata keçirmişdir. Bu sıradan qeyd edilir ki,  çoxsaylı çap materialları hazırlamış və paylamış, həftədə bir dəfə dövlət və özəl mediada yayımlanan radio və televiziya proqramları təşkil etmişdir. Eyni zamanda Youtube və digər sosial mediada bir sıra maarifləndirici qısametrajlı videolar yerləşdirilmişdir.
 Hesabatda bildirilir ki, MSK 22 fevral 2018-ci il tarixində namizədlərə bərabər şərait və məhdudiyyətlərin qoyulması ilə pulsuz efir vaxtı təqdim edən yayım şirkətləri və qəzetlərin siyahısını dərc etdi. Seçki kampaniyası zamanı qeydə alınmış namizədlərə pulsuz efir vaxtı və nəşr üçün yer ayıracaq teleradio verilişləri təşkilatları və dövri nəşrlər kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti və "Azərbaycan", "Xalq qəzeti" və "Bakinskiy Rabochiy" qəzetləri müəyyən edilib.
Namizədlər 19 mart 2018-ci il tarixindən başlayaraq İctimi Televiziyanın efirində və İctimai radioda  debatlarda iştirak edirlər. Debatlar həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19.00-da radioda, saat 22.00-da isə televiziyada aparılır. Televiziya və radioda təşkil edilən pulsuz efir vaxtından nazmizədlər özləri və ya nümayəndələri vasitəsi ilə istifadə edirlər. Hər hansı pozuntu qeydə alınmamışdır.
Sənəddə bildirilir ki, namizədlərin seçicilərlə görüş üçün qanunvericiliyə uyğun olaraq ölkənin 70-dən artıq şəhər və qəsəbəsində yerli icra hakimiyyəti orqanlarının qərarları ilə xüsusi yerlər müəyyən olunmuşdur. Ölkənin paytaxtı olan Bakı şəhərində 12 yer müəyyən edilmişdir. Bu yerlər paytaxtın 12 inzibati ərazi vahidinin hər birində vardır.
GİSDİ uzunmüddətli müşahidə missiyası aralıq hesabatında ümumiləşdirmələr apararaq bildirir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur; seçkiqabağı mühit sabitdir; seçicilərin öz seçimini azad ifadə etmək, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur; azad və demokratik seçkilərin keçirilməsi baxımdan ölkədəki makrosiyası mühit münbitdir.

Trend