Sumqayıtda kafedə yanğın: 6 nəfər təxliyə edildi

4 Aprel 2018 14:15 (UTC+04:00)

Sumqayıtda yerləşən kafelərin birində yanğın baş verib.

FHN-dən Movqe.az-a verilən məlumata görə, ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları 90 kv.m sahədə və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 30 kv.m sahədə əriyib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.