Türkiyə, Rusiya və İran Suriya böhranına dair Bəyanat imzaladı

4 Aprel 2018 17:23 (UTC+04:00)

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş keçirilib.

Movqe.az APA-ya istinadən bildirir ki, İran prezidentinin saytı görüşdən sonra Türkiyə, Rusiya və İran prezidentlərinin Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair Bəyanat imzaladıqları barədə məlumat yayıb.

Bəyanatda vurğulanır ki, Türkiyə, Rusiya və İran İŞİD və digər terror qruplaşmalarının tam məhv edilməsi üçün əməkdaşlığı davam etdirmək niyyətindədir.

"Prezidentlər İŞİD, Cəbhət ən-Nusra və digər terror təşkilatları ilə əlaqəsi olan qruplaşmaların tam məhvinə nail olmaqda israrlıdırlar", - deyə Bəyanatda qeyd olunur.