Bakıda Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü keçirilir

4 Aprel 2018 17:49 (UTC+04:00)

Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla Hindistanın xarici işlər naziri Suşma Svarac arasında görüş başlayıb. Movqe.az-ın APA-ya istinadən məlumatına görə, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək. 

Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Hindistan XİN rəhbəri 5-6 aprel tarixlərində Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak edəcək.