Venesuela XİN rəhbəri: Ölkələrin ərazi bütövlüyünün pozulması sabitliyə təhdiddir

5 Aprel 2018 11:18 (UTC+04:00)

Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır. Movqe.az-ın məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat bu gün Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir.