Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

5 Aprel 2018 14:48 (UTC+04:00)

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.