Bakıda süpürgəçilərə xüsusi geyimlər paylanılıb

5 Aprel 2018 16:18 (UTC+04:00)

 Suraxanı Rayon İcra Hakimiyyətində Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında paytaxtda təmizlik işləri aparan şəxslər üçün hazırlanan xüsusi geyim formasının təqdimatı olub. 
"Report"un məlumatına görə, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və başqaları iştirak ediblər. Tədbirin sonunda təmizlik işçilərinə jiletlər paylanılıb.